"Qəbələ"dən ilk transfer

9 İyun 2021 17:20 Qəbələ 1 354
"Qəbələ"dən ilk transfer

2021-2022 mövsümünün transfer çalışmalarına start verən “Qəbələ” ilk futbolçu keçidini rəsmiləşdirib.

Sportinfo.az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Urfan Abbasovu heyətinə qatıb.

29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

2019-21-ci illərdə “Səbail”in şərəfini qoruyan Abbasov iki illik fasilədən sonra "Qəbələ"yə qayıdıb. 2011-19-cu illərdə bölgə klubunda forma geyinən müdafiəçi klub tarixində ən çox oyun keçirən futbolçudur.

O, bütün turnirlərdə ümumilikdə 220 matçda iştirak edib. Müdafiəçinin aktivində 3 qol var.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"