"Qarabağ" rəsmisi: "Yaxın günlərdə rəsmi transferlərin olacağı gözlənilir"

27 İyun 2020 20:20 Qarabağ 1 109
"Qarabağ" rəsmisi: "Yaxın günlərdə rəsmi transferlərin olacağı gözlənilir"

Son günlər Emil Balayev və Donald Geryenin "Qarabağ"a transferi ən çox müzakirə olunan xəbərlər arasındadır.

Adıçəkilən futbolçuların "Qarabağ"a trasnfer olub-olmaması ilə bağlı komandanın idman direktoru Əmrah Çəlikəl Sportinfo.az-a bunları dedi:

"Transfer məsələsi elədir ki, rəsmi imza atılmamış hansısa sözü danışmaq tezdir. İnşallah rəsmi nəsə olsa, bu barədə xəbər veriləcək"

Ancaq klub rəsmisi qarşıdakı günlərdə rəsmi transferlərin olacağını da sözlərinə əlavə edib: "Amma maraqlandığımız və danışıq apardığımız futbolçular var. Yaxın günlərdə rəsmi transferlərin olacağı gözlənilir."

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!