"Qarabağ"ın 1:1-i - FOTOLAR

11 Noyabr 2019 09:28 Qarabağ 402
"Qarabağ"ın 1:1-i - FOTOLAR

Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub. Sportinfo.az xəbər verir ki, turun son oyununda "Qarabağ" "Zirə"ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma 1:1 yekunlaşıb.

Beşinci dəqiqədə fransalı hücumçu Maqaye Qeye Ağdam təmsilçisini hesabda önə keçirib. 69-cu dəqiqədə isə Riçard Qadze "Zirə"nin bərabərlik qoluna imza atıb. Birinci pillədə qərarlaşan "Qarabağ" bu nəticədən sonra 27-ci xalını qazanıb.

İlk dövrənin başa çatmasına üç tur qalmış Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ikinci sırada olan "Keşlə"dən 8 xal öndədir. "Zirə" isə 11 xalla 5-6-cı yerləri bölüşdürür.

Digər Xəbərlər
Xəbər Lenti