
“Qarabağ”da daha bir ayrılıq baş tutub.
Türkiyəli fizioterapevt Oktay Gürsoy ağdamlıları tərk edib.
Bu barədə o, öz “feysbuk“ hesabındakı paylaşımında məlumat verib.
Oktay Gürsoy 2009-cu ildən “Qarabağ”da çalışırdı. 14 ildən sonra Türkiyəyə qayıtmağı lazım bilən fizioterapevt yerli klubların birində çalışacaq.
Super Liqadan bir neçə təklif alan Gürsoy ailə durumunu da nəzərə alaraq, belə bir qərar verib.
SPORTİNFO.AZ