"Qarabağ" yeni kontrakt üçün "kisənin ağzını açıb"

18 May 2022 15:00 Qarabağ 1 964
"Qarabağ" yeni kontrakt üçün "kisənin ağzını açıb"

Kevin Medinanın «Qarabağ»dakı qazancı artıb.

Kolumbiyalı müdafiəçi qarşıdakı 3 il ərzirndə 100-150 min dollar civarında əlavə gəlir əldə edəcək.

Bu, onunla imzalanan yeni müqavilədə öz əksini tapıb.

2020-ci ilin yayında ölkəmizə gələn cənubi amerikalı legionerin sözləşməsi gələn ilin yayında başa çatacaqdı.

Yaxınlarda ona Avropanın bir neçə il ölkəsindən dəvətlər gəlməsini öyrənən «köhlən atlar» işini ehtiyatlı tutub.

Ötən 2 il ərzində Ağdam klubundan üst-üstə yarım milyon dollar qazanan 29 yaşlı müdafiəçinin yeni sözləşməsi 2025-ci il iyunun 30-dək nəzərdə tutulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar