Azərbaycan klubu UEFA-ya müraciət etdi - AÇIQLAMA

27 Sentyabr 2021 14:00 Qarabağ 1 997
Azərbaycan klubu UEFA-ya müraciət etdi - AÇIQLAMA

“Qarabağ” sabah vətəni tərk edir.

Sportinfo.az xəbər verir ki, ağdamlılar Avropa Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda “Omoniya” ilə qarşılaşmaq üçün Kiprə yollanır.

“Köhlən atlar”ı səfərə aparan çarter reysli təyyarə Bakıdan birbaşa Larnakaya uçacaq. Ordan Nikosiyaya olan məsafə isə avtobusla qət ediləcək.

“Qarabağ” məskunlaşmaq üçün “Landmark” otelini seçib.

Rahil Məmmədov sıraya qayıtsa da, hələ də bərpa məşqləri edən Bədavi Hüseynovla Elvin Cəfərquliyev səfərə aparılmayacaq. Həmçinin hazırda İspaniyada olan digər zədəli Xayme Romero da komandanın yanında olmayacaq.

“Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadə bu məlumatları verəndən sonra daha bir vacib məqamı diqqətimizə çatdırdı:

“İndiyə qədər Kiprdə yaşanan siyasi təxribatlardan xəbərdarsız. Sonuncucu AEL-lə səfər oyunumuza təsadüf etmişdi.

Analoji halların təkrar olunmaması üçün UEFA-ya müraciət edərək, asayişin yüksək səviyyədə təmin olunmasının vacibliyini bildirmişik”.

Abbaszadədən GSP stadionundakı qarşılaşmanı izləmək üçün Kiprdə və Avropada yaşanan azərbaycanlıların onlara müraciət edib-etmədiklərini də soruşduq. Məlum oldu ki, indiyə qədər heç kim bu məqsədlə “Qarabağ”ın “qapısını döyməyib”.

“Omoniya” – “Qarabağ” görüşü sentyabrın 30-u Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı
17 Dekabr 00:10 “Bu adam qəssab deyil”