Həkimlər "Qarabağ"ın futbolçusuna QORXULU DİAQNOZ QOYDU

15 İyun 2021 16:40 Qarabağ 2 375
Həkimlər "Qarabağ"ın futbolçusuna QORXULU DİAQNOZ QOYDU

Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov əməliyyat olunacaq.

Moldova ilə yoldaşlıq görüşündə (0:1) zədələnən arxa xətt oyunçusu uzun müddət yaşıl sahələrdən kənar qalacaq.

Yaxınlaarda növbəti dəfə tibbi müayinədən keçən arxa xətt oyunçusunun aldığı xəsarətin daha ciddi olması üzə çıxıb.

"Qarabağ" 29 yaşlı futbolçununn qayıdışını 6 aydan çox gözləməli olacaq. Halbuki onun ən geci 2 aya sıraya dönəcəyi bildirilirdi.

Sol diz bağları qırılan mərkəz müdafiəçisi tezliklə əməliyyata alınacaq və dekabrın sonunadək müalicə kursu keçəcək.

O, Moldovaya qarşı yoldaşlıq görüşünün 80-cı dəqiqəsində zədələnərək, oyunu vaxtından əvvəl tərk etmişdi.

Onun harada əməliyyat olunacağını milli komandanın həkimləri bilir. Çünki Bədavi yığmanın oyununda zədələnib. Buna görə də qaydaya uyğun olaraq, onun bütün xərclərini AFFA qarşılayacaq”.

Diz bağının qopması futbolda ən ağır zədə hesab edilir. İndi həkimlər çox narahatdır. Çünki Hüseynovun karyerasını erkən başa vurmaq ehtimalı yüksək qiymətləndirilir.

Son 2 ildə davamlı olaraq zədəyə tuş gələn və uzunmüddətli fasilələr götürən müdafiəçi növbəiti dəfə də belə bir halla üzləşsə, gərək butsılarını mıxdan assın.

Vəziyyət bu dərəcədə ciddidir: tezliklə gerçəkləşəcək cərrahi müdaxilə hələ o demək deyil ki, Bədavinin 6 ay sonra yaşıl sahələrə dönüşü qarantidir.

Müdafiəçi həmin müddətin ardından sınaq məşqlərində yoxlamadan keçəcək və ola bilsin ki, gələn ilin yayınadək gözləsin.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti