"Qarabağ"ın son 8 mövsümdə ən zəif ...

24 Fevral 2021 17:20 Qarabağ 569
"Qarabağ"ın son 8 mövsümdə ən zəif ...

Azərbaycan Premyer Liqasının son çempionu “Qarabağ” cari mövsümün arxada qalan 16 turunda cəmi 30 xal toplayıb.

Sportinfo.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin son 8 mövsümdə ən zəif nəticəsidir.

Qurban Qurbanovun yetirmələri ardıcıl 7 dəfə çempion olduğu mövsümlərin heç birində belə göstəriciyə imza atmayıb. “Qarabağ”ın 16 oyuna az xal toplamasına sonuncu dəfə 2012/13 mövsümündə təsadüf olunub.

Həmin vaxt ağdamlılar cəmi 27 xala malik idi. Sonrakı mövsümlərdə isə ən azı 9 qələbəsi olan “Qarabağ” daha çox xal yığıb. Son 6 ildə isə komandanın ən azı 10 qələbəsi olub. Bu dəfə isə bu rəqəm 8-ə bərabərdir.

“Qarabağ”ın 16 turda topladığı xallar
2012/13 - 27
2013/14 - 33
2014/15 - 34
2015/16 - 36
2016/17 - 36
2017/18 - 41
2018/19 - 34
2019/20 – 35020/21 - 30

Digər Xəbərlər
Xəbər Lenti