COP29

ŞOK HADİSƏ! AFFA-nın bahalı avadanlığı stadiondan oğurlandı

30 Oktyabr 2023 12:40 Qalmaqal 3 496
ŞOK HADİSƏ! AFFA-nın bahalı avadanlığı stadiondan oğurlandı

Gəncə şəhər stadionunda oğurluq hadisəsi baş verib.

AFFA-nın balansında olan və arenanın ərazisində saxlanılan iritutumlu qaz boruları yoxa çıxıb.

Xeyli sayda boru gecəylə buradan daşınıb.

Federasiya bir neçə min manat dəyərində avadanlığın oğurlanmasından xəbərdardır. Qurum «Kəpəz» rəhbərliyi ilə bərabər hazırda araşdırma aparır.

Gəncə stadionu yaxınlarda təmirə bağlanıb. Ərazi dəmir lövhələrlə hasarlanıb.

Tezliklə burada böyük yenidənqurma işləri aparılacaq. İnşaat tədbirlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"