Yığmamızın üzvünü Şamaxıda öldürən tələbə ilə bağlı YENİ XƏBƏR

18 May 2020 15:04 Qalmaqal 768
Yığmamızın üzvünü Şamaxıda öldürən tələbə ilə bağlı YENİ XƏBƏR

Şamaxıda idmançının öldürməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Orxan Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanını verdiyi təqdimata baxılıb.

Sportinfo.az xəbər verir ki, Şamaxı rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə baş tutan qapalı iclasda Şamaxı rayon Prokurorluğunun təqdimatı təmin olunub.

Orxan Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb. İttihama görə, hadisə bu ilin fevralın 1-də gecə saat 1 radələrində Şamaxı şəhərində, "Yeddi Günbəz" qəbiristanlığında qeydə alınıb.

Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı üzərində olan mətbəx bıçağı ilə Şamaxı şəhər sakini, 1995-ci il təvəllüdlü Ruslan Surxayevin bədəninin müxtəlif nahiyələrinə 5 dəfə zərbə endirib. Nəticədə Ruslan Surxayev aldığı xəsarətlərdən ölüb.

Daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, meyit daxili müayinə olunmaq üçün "MTE və PA ETT Birliyinin" Şamaxı rayon şöbəsinin morquna təhvil verilib.

Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə 2-ci kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyir.

Sərbəst güləşçi Ruslan Surxayev 2013-cü ildə Makedoniyanın Skopye şəhərində gənclər arasında Avropa çempionu olub.

Bundan başqa, Ruslan Surxayev sərbəst güləş üzrə yeniyetmələr arasında Polşada keçirilən Avropa birinciliyinin qalibi, Tailandda keçirilən Dünya birinciliyinin gümüş mükafatçısıdır. O, eyni zamanda gənclər arasında keçirilən Dünya birinciliyinin gümüş mükafatşısı olub

İstintaq orqanı tərəfindən Orxan Hacıyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə istintaq Şamaxı rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.

Digər Xəbərlər
Xəbər Lenti