Bakıda meyiti tapılan idmançı ilə bağlı YENİ FAKTLAR - TƏFƏRRÜAT

7 Fevral 2020 00:14 Qalmaqal 1 090
Bakıda meyiti tapılan idmançı ilə bağlı YENİ FAKTLAR - TƏFƏRRÜAT

Bakıda tanınmış idmançının dəm qazından boğularaq ölməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Sportinfo.az xəbər verir ki, Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən həyət evinin hamam otağında MMA döyüşçüsü, 2002-ci il təvəllüdlü Arzuman Abbasovun dəm qazından boğularaq ölməsi ilə bağlı cinayət işi açılıb.

Məlumata görə, fevralın 1-də hamama girən Arzumanın qayıtmadığını görən atası qapını döyüb və oğlunun reaksiya vermədiyini görüb.

Qapını sındıran ata oğlunun artıq boğulduğunu görüb. A.Abbasovun hamamda su qızdırıcısından ayrılan qazın təsirindən zəhərləndiyi məlum olub.

Bəzi məlumatlarda vəfat edən idmançının 22 yaşının olduğu bildirilsə də, Arzumanın kçən ilin dekabr ayında 17 yaşını tamam etdiyi dəqiqləşib.

Bədbəxt hadisə nəticəsində ölən gənc idmançı “Fight Nights Global”ın yüngül çəkidə çempionu Nəriman Abbasovun kiçik qardaşıdır.

Digər Xəbərlər
Xəbər Lenti