ŞOK! 25 yaşlı futbolçu oyundan əvvəl öldürüldü

26 Yanvar 2020 13:05 Qalmaqal 1 498
ŞOK! 25 yaşlı futbolçu oyundan əvvəl öldürüldü

İngiltərənin “Metlok Taun” klubunun yarımmüdafiəçisi Cordan Sinnot kütləvi dava zamanı aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı futbolçu barların birində baş verən kütləvi davadan sonra huşsuz vəziyyətdə tapılıb.

Sinnot kəllə sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib və həkimlər həyatını xilas edə bilməyiblər. Hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı şəxs saxlanılıb.

"Haddersfild"in yetirməsi son olaraq carə əsasında "Metlok Taun"da çıxış edib. Klub İngiltərənin Şimal Premyer Liqasında səkkizinci divizionunun təmsilçisidir. Onun ölüm xəbərindən sonra komandasının keçirilməli olan görüşü ləğv edilib.

Digər Xəbərlər
Xəbər Lenti