"Guya, bu sui-qəsdi mən sifariş vermişəm, dəlilikdir"

20 Yanvar 2020 17:00 Qalmaqal 1 352
"Guya, bu sui-qəsdi mən sifariş vermişəm, dəlilikdir"

"Real"ın sabiq müdafiəçisi Raul Bravo Darko Kovaçeviçə qarşı silahlı hücumun onun sifarişi ilə olması barədə Serbiya mətbuatında çıxan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, veteran futbolçu "Tabloid" qəzetinin reytinq yığmaq və satışı artırmaq məqsədilə bu cür yalan informasiya yaydığını deyib:

"Belə şeylər mənə təsir etmir. Amma bu zibili ailəm də oxuyur axı. Buna görə üzülürəm.

Darko mənə zəng vurdu və özümü necə hiss etdiyimi soruşdu. Onu inandırdım ki, qəzetdən yazılanları silmələrini tələb edəcəm. Biz komanda yoldaşı olmuşuq, bir otaqda qalmışıq, çox yaxşı münasibətlərimiz var.

"Tabloid" nəşrində bir xəbər çıxıb, hamı şoka düşüb. Guya, Kovaçeviçə sui-qəsdi mən sifariş vermişəm. Görünür, qəzet satılmır. Amma bu xəbər çıxandan sonra daha yaxşı satılmağa başlayıb.

Bizim əla münasibətimiz var. Qətl haqda məlumat uydurmadır, dəlilikdir. Darkonu tanıyan biri kimi, düşünürəm ki, onu soymaq üçün belə ediblər. Kiminsə onu öldürmək istəməsini təsəvvür belə edə bilmirəm".

Bravo və Kovaçeviç "Olimpiakos"da komanda yoldaşı olublar.

Digər Xəbərlər
Xəbər Lenti