II Liqada üçüncü tura yekun vurulub.
Hesabat həftəsinin ən bolqollu oyunlarından biri Şamaxıda keçirilib.
Rəqiblərini burada qəbul edən «Şəmkir»in qonağı «Kür-Araz» olub.
Nominal ev sahiblərinin hesabı açdığı, İmişli təmsilçisinin önə keçdiyi oyunun gedişi kifayət qədər şübhəli alınıb və fikrimizcə, AFFA-nın səlahiyyətli orqanlarının araşdırma aparması üçün kifayət qədər məqamlar var.
Bunların başında «Şəmkir»in qapıçısı Fəyyaz Mehdizadənin yol verdiyi səhvlər gəlir. Onun penaltiyə səbəbkar olduğu epizod incələnməlidir. Həmçinin qapısında gördüyü üçüncü qol.
Adıçəkilən kiper topu önündə dayanan «Kür»ün hücumçusuna ötürməklə, bütün diqqətləri öz üzərinə çəkib.
SPORTİNFO.AZ
“Şəmkir” - “Kür-Araz” 3:3
Şamaxı OİK stadionu. 20 tamaşaçı
Baş hakim: Samir Musayev
Baş hakimin köməkçiləri: Sadiq Əliyev, Tural Bayramov
Dördüncü hakim: Elçin Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Sarı vərəqələr: Fəyyaz Mehdizadə, 13 (qeyri-idman hərəkəti); Rafiq Abdullayev, 33 (qeyri-idman hərəkəti); Ülvi Sarıyev, 71 (qeyri-idman hərəkəti) // Kamal Həsən-pur, 40 (qeyri-idman hərəkəti); Bayram Əliyev, 49 (qeyri-idman hərəkəti)
Qollar: Elşən Abdullayev, 8; İsa İsayev, 36; Pərvaz Məhərrəmli, 54 // Bayram Əliyev, 4; Ülvi Quliyev, 14 (p.), 60
Artırılan vaxt: I hissədə - 3 dəq; II hissədə - 5 dəq.
“Şəmkir”:
1. Fəyyaz Mehdizadə
17. Ülvi Sarıyev
(11. Valeh Məmmədov, 69)
10. Haqverdi Həsənov
7. Tunar Mütəlimov (k)
(19. Fuad Məmmədzadə, 69)
71. Coşqun Əsədzadə
(16. Cavid Məmmədov, 53)
5. İsa İsayev
8. Əlibala Ağayev
4. Asif Məmmədov
22. Fuad Əhmədov
9. Elşən Abdullayev
(6. Ruslan Allahverdiyev, 79)
44. Rafiq Abdullayev
(18. Pərvaz Məhərrəmli, 46)
Ehtiyat oyunçular: 99.
Elçin Qasımov 20.
Səttar Hacıyev
Baş məşqçi: Fərid Məmmədov
“Kür-Araz”:
12. Şöhlət Rəhimov
13. Mirabbas Mirbabayev
2. Ağasən Əsgərov
9. Ülvi Quliyev
10. Bayram Əliyev (k)
(16. Əli İbrahimli, 90+5)
3. Cavid Abbasov
8. Ülvi Cəlilov
(19. Hüseyn Abdullayev, 73)
44. Kamal Həsən-pur
14. Tahir Zeynalov
20. Sənan Həsənov
6. Həmzə Əliyev
Ehtiyat oyunçular:
1. Elçin Əliyev
31. Davud Əhmədov
7. Rəvan Əvəzov
17. Oruc Bağırov
22. Ramin Ağayev
Məşqçi: Səfər Atakişiyev
