Məşqçinin "Sumqayıt" haqda sözləri rəhbərliyi özündən çıxardı - ANTALYADAN GƏLƏN ZƏNG

19 Yanvar 2020 16:12 Qalmaqal 1 264
Məşqçinin "Sumqayıt" haqda sözləri rəhbərliyi özündən çıxardı - ANTALYADAN GƏLƏN ZƏNG

"Sumqayıt"ın U-12 komandasının baş məşqçisi Rəşad Muradovun saytımıza verdiyi dünənki açıqlaması hazırda Antalyada olan klub rəhbərliyini hiddətləndirib.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, klub rəsmilərindən biri dünən gənc mütəxəssisə zəng vuraraq, ona hədə-qorxu gəlib və sözlərini geri götürməsini, təkzib verməsini tələb edib.

"Sumqayıt" rəhbərliyini ən çox narahat edən isə Muradovun bu sözləri olub: "Normal uşaqdır, amma heyətdə deyildi. Bir ara mənə təzyiq olundu ki, bu uşaq filankəsin qohumlarındandır, heyətdə olmalı, oynamalıdır. Mən də bildirdim ki, bundan da yaxşı uşaqlar var. Onlar niyə kənarda qalmalıdır? Bu gün güclü uşağı heç kim ehtiyatda saxlamaz. Mən o qədər qərəzliyəm ki, onu oynatmayım? Sonra rəhbərlik o uşağı komandadan çıxardı, söhbət mənim "başımda çatladı".

Klub rəhbərliyi tərəfindən sıxışdırılması ilə bağlı xəbərə aydınlıq gətirmək üçün bu gün yenidən Muradovla əlaqə saxladıq. Belə bir şeyin baş vermədiyini söyləyən məşqçi bu məsələdə günahsız olduğunu bildirib: "Nəsə olsa, sizə deyərəm. Mənə lazım olan günahsızlığımı sübut etmək idi. Buna görə də sizə təşəkkür edirəm. Onsuz da media hər şeyi yazır. Amma mənim orada günahım yox idi. Əslində Rəşad Məmmədov düz açıqlama vermişdi. Sadəcə, məni narahat edən təhqir məsələsi idi. İzah etmək istəyirdim ki, mənlik bir şey yoxdur".

Rəşad bəy "Sumqayıt"ın koordinatoru Hakan Sünalın yerli məşqçiləri incitdiyi, onlara üstdən-aşağı baxması haqda yayılan məlumatlara da münasibət bildirib: "Vallah, nə belə bir şey eşitmişəm, nə də görmüşəm. Mənə hörmət edib. Heç bir pisliyi olmayıb. Sadəcə, polis bölməsinə gedəndə Hakana dedim ki, hoca, vəziyyət belədir. Bildirdi ki, məni yox, səni çağırıblar. Mənimlə yanaşı, klubun vitse-prezidenti Vaqif Ömərovu da bölməyə dəvət etmişdilər. Amma onun gedib-getmədiyini bilmirəm".

Məlum hadisədən sonra "Sumqayıt"dan ayrılan Muradov özünə yeni iş yeri tapıb: "Sumqayıt"dan təklif gəldi ki, komandaya qayıt. Onlara bildirdim ki, mən sözü bir dəfə deyirəm. Orada işləmək istəmirəm. Başqa yerdən təklifim olduğu üçün "Sumqayıt"a "yox" dedim. Bundan sonra "Vətən"in akademiyasında müəllim kimi çalışacam".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"