SON DƏQİQƏ! İranda futbol qadağan olundu! - RƏSMİ

18 Yanvar 2020 15:15 Qalmaqal 2 477
SON DƏQİQƏ! İranda futbol qadağan olundu! - RƏSMİ

Asiya Futbol Konfederasiyası İran Futbol Federasiyası barədə şok qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, qurum İranın ölkə ərazisində rəsmi və beynəlxalq oyunlar keçirməsinə qeyri-müəyyən müddətə qadağa qoyub. Federasiyaya ünvanlanan rəsmi qadağa məktubunda bu ölkənin milli və klublarının rəsmi görüşlərini üçüncü - neytral ölkədə keçirməsi tələbi irəli sürülüb.

Konfederasiya bu addımı bölgədə son vaxtlar yaşanan siyasi hadisələr, general Qasım Süleymaninin ABŞ ordusu tərəfindən öldürülməsi, İranın səhvən Ukrayna təyyarəsini vurması nəticəsində 176 insanın həyatını itirməsi və.s. hadisələrdən dolayı atıb. Lakin İran hökuməti qadağa məktubu ilə razı olmadığını açıqlayıb. Bu barədə açıqlama verən federasiya rəsmisi Əmirmehdi Ələvi İranın istənilən oyunu təhlükəsiz keçirməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Asiya qitəsində hazırda Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçirilir. İran bu yarışda 4 klubla təmsil olunur. Federasiyanın bu klubların çıxışları ilə bağlı Apellyasiya şikayəti verəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"