Özil və komanda yoldaşı silahlı hücuma məruz qaldı - VİDEO

26 İyul 2019 08:48 Qalmaqal 355
Özil və komanda yoldaşı silahlı hücuma məruz qaldı - VİDEO

"Arsenal"ın futbolçusu Məsut Özil silahlı hücuma məruz qalıb.

Sportinfo.az xəbər verir ki, hadisə Londonun şimalında türk əsilli yarımmüdafiəçi

"Mercedes" markalı avtomobili ilə getdiyi vaxt baş verib. Həmin vaxt maşında Özilin komanda yoldaşı Sead Kolaşinats da olub.

Onlara skuterdə olan bıçaqla silahlanmış dəstə hücum edib. Bu an Özil maşından sıçrayaraq yaxınlıqdakı tanışlarının çalışdığı "Likya" restoranına kömək istəyi ilə qaçıb.

Kolaşinats isə avtomobilindən qaçaraq hücum edənlərlə davaya başlayıb. Həmin anların videosunu təsadüfi şahid lentə alıb.

Bundan sonra restoranın əməkdaşları futbolçuların köməyinə yetişib. Onlar cinayətkar dəstədən qurtulmaqda yardımçı olublar. Özil və Kolaşinats dava zamanı zərər görməyib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib