Maradonanın klubunda faciə! 20 yaşlı futbolçu öldürüldü - FOTO

19 İyul 2019 08:00 Qalmaqal 475
Maradonanın klubunda faciə! 20 yaşlı futbolçu öldürüldü - FOTO

Meksikanın “Dorados” klubunun gənclərdən ibarət komandasının üzvü Mirşa Fransisko Herrera vəfat edib.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı oyunçu məşqdən sonra getdiyi restoranda kimliyi bilinməyən 4 nəfər tərəfindən bıçaqlanıb.

Təcili xəstəxanaya aparılan gəncin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Müdafiənin sol cinahında çıxış edən mərhum futbolçu 5 il idi ki, “Dorados”da çıxış edirdi.

“Dorados” klubuna bir müddət Dieqo Maradona rəhbərlik edib. Maradona, səhhətindəki problemlərə görə baş məşqçi postundan istefa vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib