Dünya çempionu otel otağında qarət olundu

13 İyul 2019 08:48 Qalmaqal 360
Dünya çempionu otel otağında qarət olundu

ABŞ yığmasının heyətində dünya çempionluğunu qazanmış qadın futbolçu Elli Lonq Los-Ancelesdə qarət olunub.

"Sportinfo.az xəbər verir ki, hadisə otel otağında baş verib.

31 yaşlı yarımmüdafiəçinin nağd pulu, 15 min dollar məbləğində üzüyü, habelə Nyu-Yorkun fəxri açarı götürülüb.

Həmin açar ona ABŞ millisi Fransada dünya çempionluğu qazandıqdan sonra təqdim olunmuşdu.

Polisdən bildirilib ki, qapının qırılma əlaməti aşkarlanmayıb. Bu səbəbdən, otel nömrəsinin qapısının oğurluq hadisəsi vaxtı açıq olduğu güman edilir. Hazırda araşdırma aparılır.

Elli Lonq ABŞ millisində 2014-cü ildən çıxış edir. Bu komanda 2015-ci ildə Kanadada əldə etdiyi dünya çempionluğu titulunu Fransada da qoruyub.

Nəticədə amerikalılar rekord sayda - dördüncü dəfə mundialın qalibi olublar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti