Azərbaycanlı futbolçuya qarşı dələduzluq edən şirkət rəhbərliyinə daha bir...

7 İyul 2019 18:48 Qalmaqal 482
Azərbaycanlı futbolçuya qarşı dələduzluq edən şirkət rəhbərliyinə daha bir...

Dələduzluqda təqsirləndirilən "Bakı MTK"nın rəhbəri Emil Məhərrəmov və şirkətin vəzifəli şəxsi Eynur Xudiyevə daha bir cinayət işi açılıb.

Sportinfo.az xəbər verir ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

Cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Azər Paşayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək. İş üzrə 6 zərərçəkmiş şəxs var.

Həmin şəxslər eyni mənzili ayrı-ayrı şəxslərə satmaqda təqsirləndirilirlər. Hər iki şəxs bundan qabaq da eyni əməllərlə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub.

E. Məhərrəmov 14 il, Eynur Xudiyev isə 11 il azadlıqdan məhrum edilib. Birinci cinayət işlərində zərərçəkmişlər arasında hazırda “Səbail”də çıxış edən Rahid Əmirquliyev də var.

Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb. R.Əmirquliyevə, ümumilikdə, 150 min manatdan çox ziyan dəyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti