Azərbaycanda klub prezidenti ağır qəzaya düşdü, "Range Rover"i aşdı

2 İyul 2019 15:48 Qalmaqal 1 194
Azərbaycanda klub prezidenti ağır qəzaya düşdü, "Range Rover"i aşdı

Sportinfo.az xəbər verir ki, bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Viləş"in prezidenti, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olumuş Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover”inin qəzaya uğraması nəticəsində o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin "Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir. Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib