Qəzada ölən çempionun qardaşı: “Onun daxili orqanları dağılmışdı”

2 İyul 2019 11:48 Qalmaqal 1 919
Qəzada ölən çempionun qardaşı: “Onun daxili orqanları dağılmışdı”

Xəbər verdiyimiz kimi avtomobil qəzasında Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, dünya çempionun qardaşı Kamran Poladov qəzanın təfərrüatlarını danışıb:

“Subay oğlan idi. İllərdir ki, Fərhad avtomobil idarə edirdi. Bu barədə danışmaq çox çətindi.

Qəzada onun daxili orqanları dağılmışdı. Sonra o, bir gün yarım xəstəxananın reanimasiya şöbəsində qaldı.

Həkimlər əməliyyat etdilər. Göstərilən bütün tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mükün olmadı. Allah rəhmət eləsin!”.

2013-cü ildə MMA üzrə dünya kubokunu, 2014-cü ildə isə dünya çempionluğunu qazanan Fərhad Poladovun sevgilisi Ülkər Abbaslının sosial media paylaşımları hər kəsi üzüb.

Ülkər sevgilisi ilə son yazışmalarını paylaşaraq hər kəsin ürəyini parçalayıb. “Fərhad, indi həyatım sənsiz necə davam edəcək, bilmirəm.

Həyatım dayanıb. Elə bilirəm ki, yuxudur. Amma bu yuxu uzun çəkdi. Sənsiz inan ki, boğuluram.

Səni qucaqlamalı idim, soyuq qəbrini qucaqlayıram. Canımdan can getdi. Bilirdin axı səni itirməkdən qorxuram.

Mən sənsiz nə edəcəyəm? Bir qız üçün sevdiyinin gözü qabağında dünyasını dəyişməsi faciəvi şəkildə ölüm deməkdir.

Düşmənimə də arzulamıram bunu. Dünən başın dizimdəydi, bu gün torpaqda. Hər gün gələcəyəm yanına, səni tək qoymaram mən. İnşəAllah yanına tez gələcəm. Nur içində yat, Sevgilim”.

F.Poladov “Koroğlu” metrostansiyasının yaxınlığında özünün “Niva” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və “Hyundai” markalı avtomobillə toqquşub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti