Gəncədə tanınmış idmançının oğlunu 1 manata görə öldürdülər - FOTOLAR

18 İyun 2019 09:24 Qalmaqal 583
Gəncədə tanınmış idmançının oğlunu 1 manata görə öldürdülər - FOTOLAR

Gəncədə qətl hadisəsi olub.

Sportinfo.az xəbər verir ki, hadisə “Miraj” çay evinin qarşısında baş verib.

Bildirilir ki, 1 manat üstündə yaranmış mübahisə qətlə səbəb olub. Çay evində qətlə yetirilmiş şəxs Elnur Alıyevdi.

E.Alıyev Gəncədə kikboksinq üzrə tanınmış məşqçi İlqar Alıyevin oğludu. Artıq qətlin təfərrüatı məlumdu. Pul üstündə mübahisə edən şəxslər bir-birinə bıçaq xəsarətləri yetiriblər.

1995-ci il təvəllüdlü E.Alıyev aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb.

Davanın digər iştirakçısı 1983-cü il təvəllüdlü Məmmədov Emil Elxan oğlu isə ağır yaralanıb. O, xəstəxanaya aparılıb. Faktla bağlı Gəncə prokurorluğunda araşdırma aparılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti