Azərbaycanlı futbolçunun xanımını maşınla vuraraq öldürdülər

17 İyun 2019 10:12 Qalmaqal 654
Azərbaycanlı futbolçunun xanımını maşınla vuraraq öldürdülər

Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Sportinfo.az xəbər verir ki, bu barədə Lvov Regional Dövlət Administrasiyası məlumat yayıb.

Bildirilir ki, hadisə iyunun 15-də yerli vaxtla 20:05-də qeydə alınıb. Məlumata görə, 44 yaşlı azərbaycanlı "Mercedes" markalı avtomobildə Qorski küçəsi ilə hərəkətdə olarkən 77 yaşlı qadını vuraraq üstündən keçib.

Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib. Hüquq-mühafizə orqanlarındankı mənbələrin bildirdiyinə görə, ölən qadın "Karpat"ının (Lvov) əfsanəvi futbolçusu, "Olimpiya-L" ixtisaslaşmış uşaq-gənclər idman məktəbinin direktoru, gimnastika üzrə beynəlxalq dərəcəli hakim, Boris Rassıxinin həyat yoldaşı Lübov Rassıxinadı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti