Separatçı komandalar Azərbaycan torpaqlarında... - FOTOLAR

5 İyun 2019 12:36 Qalmaqal 591
Separatçı komandalar Azərbaycan torpaqlarında... - FOTOLAR

Azərbaycan ərazisində qondarılmış separatçı-terrorçu rejimin təşkil etdiyi qondarma qurumların “CONİFA” “Avropa futbol çempionatı”, təəssüf ki, öz axarı ilə davam edir...

Sportinfo.az xəbər verir ki, faktiki yarışmanın 2-ci günü separatçı “Abxaziya” və “Cənubi Osetiya”(Gürcüstan həmin ərazini “Tsxinvali” adlandırır) komandalarının qələbələri ilə yadda qalıb.

“Çempionat”da iştirak edən 8 komanda iki qrupa bölünüb. A qrupuna “Dağlıq Qarabağ”, “Sapmi”, “Abxaziya”, “Çameriya”, B qrupuna isə “Padaniya”, "Sekey diyarı", "Qərbi Ermənistan" və “Cənubi Osetiya” daxildi.

Hələlik A qrupuna “Abxaziya”, B qrupuna isə “Qərbi Ermənistan” başçılıq edir. Hər iki komanda iki oyunda qələbə qazanıb. “Dağlıq Qarabağ” birinci oyunda udsa da, ikinci oyunda “Cameriya”ya 4:1 hesabı ilə uduzub.

Qondarma rejim komandalarının oyunları Azərbaycanın Xankəndi, Əsgəran, Ağdərə və Xocavənd şəhərlərində keçirilir.

Separatçı komandaların Azərbaycan torpaqlarında keçirilən turniri bir sıra dövlətlərin narazılığına səbəb olub. Gürcüstan XİN-in etiraz bəyanatında deyilir:

“Əsasən tanınmamış bölgələrdən futbol komandalarından ibarət olan “CONİFA” və ona bənzər təşkilatları FİFA və UEFA tanımır.

Buna görə, “Abxaziya” və “Tsxinvali” futbol komandalarının bu cür qondarma çempionatda iştirak etməsi işğalçı rejimlərə hər hansı legitimlik vermək üçün əsas deyil və ola da bilməz .

Tanınmama siyasətinin həyata keçirilməsi bizim xarici siyasətimizin prioritetlərindən biridir. Xarici İşlər Nazirliyi tanınmama və gələcək risklərin qarşısının alınması siyasətini gücləndirmək üzrə fəal işi davam etdirir".

Azərbaycan torpaqlarındakı qondarma “çempionat” iyunun 10-dək davam edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti