Ermənistanın baş naziri Nikol Paşinyan "Arsenal”ın yarımmüdafiəçisi ilə telefonla danışıb.
Ermənistan baş nazirinin futbolçuya bu təcili zəngi bir daha sübut edir ki, Avropa Liqasının finalı ətrafında ingilis mətbuatında Azərbaycan əleyhinə olan hücumların arxasında erməni diasporu və Ermənistan hökuməti durub.
Sportinfo.az xəbər verir ki, Mxitaryan ilə bağlı məsələdə Ermənistanın baş naziri Azərbaycana irqçi hücum edib.
"Nur-Sultandan döndükdən sonra Henrix Mxitaryan ilə telefonla danışdım və “Arsenal” və “Çelsi” arasında keçiriləcək oyundan əvvəl Bakının irqçi mövqeyinə görə həmin matçda iştirak edə bilməyəcəyi üçün ona dəstək verdim",-deyə N.Paşinyan dünən öz "Facebook" səhifəsində yazıb.
Ermənistanın baş naziri onu da əlavə edib ki, telefon söhbətində o, erməni futbolçuya "heyran olduğunu və onunla qürur duyduğunu" söyləyib.

