Azərbaycanlı futbolçunu təhqir edən klub üzr istədi və cəzalandırıldı

30 May 2019 19:36 Qalmaqal 692
Azərbaycanlı futbolçunu təhqir edən klub üzr istədi və cəzalandırıldı

Latviyanın “Metta” klubu “Dauqavpils”in hücumçusu Vüqar Əsgərova olunan təhqirə görə Latviya Futbol Federasiyasının intizam komissiyası tərəfindən cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, “Metta”nın nümayəndəsi Aleksandr Mixelsonun Vüqar Əsgərovun ünvanına işlətdiyi təhqiramiz ifadələr kluba 350 avro cəza şəklində geri qayıdıb.

Hadisə martın 3-də “Metta” ilə “Dauqavpils”in oyunu zamanı baş verib. Həmin oyunda Vüqar Əsgərovun komandası onun uğurlu oyunu sayəsində rəqibinə qalib gəlib.

“Metta”nın baş məşqçisi Andris Rixert də azərbaycanlı oyunçudan klub nümayəndəsi adına üzr istəyib.

Vüqar Əsgərov bu mövsümdə Latviyanın ən yaxşı oyunçularından biri hesab olunur. Onun hesabında 8 oyundan 6 qol var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti