Qarabağdakı “Avropa çempionatı”na az qaldı - İsa bulağında ziyafət...

27 May 2019 15:36 Qalmaqal 512
Qarabağdakı “Avropa çempionatı”na az qaldı - İsa bulağında ziyafət...

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin təşkil etdiyi qondarma qurumların “CONİFA” futbol “çempinatı”nın başlanmasına az qalıb.

Sportinfo.az xəbər verir ki, iyunun 1-9-da keçirilməsi gözlənilən tədbirə son hazırlıq işləri ilə bağlı qondarma rejimin “dövlət naziri” sayılan Qriqori Martirosyan ad-soyadlı məxluq “təhsil, elm və idman naziri” ilə birlikdə Şuşanın büllur havasında təlim keçən yığma komandanın üzvləri ilə görüşüb.

“Çempionat”a hazırlaşan erməni futbolçularla ətraflı söhbət edən separatçı “nazir”lər Şuşanın məşhur İsa bulağının yanındakı restoranda onlar üçün ziyafət təşkil edib.

Gerçəklik budu ki, istəsək də, beynəlxalq rıçaqlar vasitəsilə düşmənin torpaqlarımızda keçirdiyi bu kimi “beynəlxalq” tədbirlərin qarşısını almaq mümkün deyil.

Qəti addım yalnız torpaqlarımız uğrunda azadlıq savaşının başlanması ola bilər...

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti