Azərbaycana qarşı vuruşmuş hərbçilərin ailəsinə dəstək verib

27 May 2019 12:36 Qalmaqal 467
Azərbaycana qarşı vuruşmuş hərbçilərin ailəsinə dəstək verib

Britaniyanın “The Daily Star” qəzetinin "Arsenal"ın erməni yarımmüdafiəçisi Henrix Mxitaryanla bağlı yaydığı məlumatda deyilir ki, klub onunla bu yay vidalaşmaq fikrindədi.

30 yaşlı oyunçu ola bilər ki, bundan sonra sadəcə 1 dəfə "Arsenal"ın heyətində yaşıl meydana çıxsın.

Mxitaryan bu mövsüm cəmi 11 dəfə meydana çıxıb. Qolla nəticələnən 3 ötürməyə imza atıb. Baş məşqçi Unai Emeri onun oyunundan məmnun deyil.

20 komandanın mübarizə apardığı İngiltərə premyer liqasısında o, meydana əsas heyətdə çıxmayıb, daha çox ehtiyat oyunçular sırasında yer alıb. O, "Mançester Yunayted"dən (2016-2018) "Arsenal"a transfer olduqdan sonra aldığı yüksək maaşa müvafiq oynamayıb.

Hazırda o, London klubunda ən yüksək maaş alan oyunçuları Məsut Özil və Pyer Emeriklə yanaşı dayanır.

“The Sun” Henrix Mxitaryanın gedişi ilə bağlı daha öncə yazmışdı ki, "Arsenal" bu yay onun gedişinə mane olmayacaq.

Qəzet bildirir ki, Mxitaryan İngiltərə premyer liqasında daha əvvəlki oyun məharətini göstərmək gücündə deyil.

Bir vaxtlar "Borussiya"nın oyunçusu olmuş erməni futbolçunu satın alamaq üçün MY 30 milyon avrodan keçmişdi.

Britaniya nəşri yazır ki, yarımmüdafiəçisinin ən parlaq oyunu Dortmundda olub. O, həmin klubda 23 qol vurub.

Gördüyünz kimi, Britaniya mətbuatı da birmənalı şəkildə yazır ki, Henrix Mxitaryan "Arsenal" üçün xüsusi önəm daşıyan oyunçu deyil. Əksinə, baş məşqçi onun oyunundan narazıdı və klub onunla mümkün qədər tez vidalaşmaq fikrindədir.

Mayın 29-da Bakı Olimpiya Stadionunda “Arsenal” ilə “Çelsi” görüşəcək. 1 milyard insanın seyr edəcəyi görüşün Bakıda keçirilməsi şübhəsiz ki, böyük hadisədi.

Ancaq Azərbaycanı istəməyən xarici qüvvələr Ermənistan və erməni diasporu ilə əl-ələ verib ölkəmizə qarşı çirkin kampaniyaya start verdi.

Məsələn, Britaniyanın “The Independent” qəzeti Henrix Mxitaryanla bağlı dünənki yazısında Bakıda və Sumqayıtda ermənilərə divan tutulmasından, paytaxtımızda ermənilərin diri-diri yandırılmasından və onların linç edilməsindən mifik mənbələrə istinadən dəhşətli şeylər yazmışdı.

O da şübhə doğurmur ki, futbol məharətini keçmişində buraxan Mxitaryan özü də bu qalmaqala maraq göstərib. Dünya mediasının gündəminə gəlib, reklam olunub.

Bəs "Arsenal"? Mxitaryanla vidalaşmaq istəyən klub niyə futbolun siyasiləşməsinə rəvac verdi.

Normalda Qərb düşüncəsi idman yarışlarının siyasiləşməsinə qarşı mövqe sərgiləyir. Ancaq bu dəfə belə olmadı.

İstisna deyil ki, Arsenal işinə yaramayan futbolçunu bu cür təbliğ etməklə yarımmüdafiəçini daha yüksək qiymətə satmaq istəyir.

Elə Henrix Mxitaryan da Ermənistanın siyasi maraqlarında önəmli rol almaqla gələcəyə hesablanmış gediş edir.

O, İngiltərə premyer liqasısında oynayan ilk erməni əsilli futbolçudu. Orası da var ki, o, Ermənistanda 7 dəfə ilin futbolçusu elan olunub. Həm də Ermənistan milli komandasının kapitanıdı. Yəni, İngiltərədə yaşasa da Ermənistana bağlı birisidi.

Adam 17 yaşında İrəvanın “Pünik” komandasında oynayıb. 4 dəfə Ermənistan Kubokunun qalibi olub. 2009-2010 ildə Ukraynanın "Metalurq" (Donetsk) klubunda oynayıb.

2010-cu ildə isə "Şaxtyor" onu almaq üçün 6.1 milyon avro ödəyib. O vaxt üçün bu ağlasığmaz sövdələşmə idi. 2013-cü ildə "Borussiya" 27.5 milyon avrosundan keçdi.

Beləliklə, Mxitaryan tarixdə ən baha qiymətə müqaviləyə imza atan erməni futbolçu oldu. Ancaq 2016-cı ildə MY-ə gələn oyunçu Britaniyanın “The Daily Star” qəzetinin yazdığı kimi özünü doğrultmadı, "Arsenal"a gəlişi isə uğursuz oldu.

Mxitaryanın atası Hamlet İrəvanın Ararat futbol komandasının hücumçusu olub. 80-ci illərdə yaşıl meydana çıxıb.

Böyük ehtimalla, onun atası da Araratın hücumçusu kimi Bakıda Neftçiyə qarşı oynayıb. Futbol biliciləri bu məqamı da araşdıra bilərdi...

Hamlet Mxitaryan 33 yaşında beyin xərçəngindən ölüb. Onda balaca Henrixin 8 yaşı vardı. Atası onun futbolçu kimi yetişməsinə ciddi təsir göstərib.

Henrix müsahibələrinin birində deyir: “Mən əminəm ki, atam məni görür və mənimlə qürur duyur”.

Bu faktlar da maraqlıdı. Henrixin anası Marina Ermənistan Futbol Federasiyasında, böyük bacısı Monika isə UEFA-nın mərkəzi qərargahında çalışır.

Mxitaryanın pərəstiş etdiyi futbolçu isə Fransanın ərəb əsilli keçmiş oyunçusu Zinəddin Zidandı. Ermənilər onun adını qısaldaraq Heno edib. Dortmund azarkeşləri isə ona Micki (Mxitaryan yerinə) kimi çağırırdılar.

Bu isə Mxitaryanın xoşuna gəlmirdi: “Mən xarici bir ölkəyə gəlmişəm, yerli qanunlara və ənənələrə hörmət edirəm.

İstərdim ki, onlar da mənim vətən sevgimə və əslimə hörmət göstərsinlər. Mən meydanda qol vurmağa can atacam. Onda azarkeşlər mənim adımı daha yaxşı yadlarında saxlayarlar”.

Micki ləqəbini ona Borussia Dortmundun meneceri Yürgen Klopp vermişdi və sonda Henrix Mxitaryan bu ləqəblə razılaşdı, hətta İnstagram-da micki_taryan kimi qeydiyyatdan keçdi.

Bu fakt da maraq doğurur. 2012-ci ildə İrəvan şəhər Şurası Ermənistan paytaxtının 2.794 (?) illiyi münasibəti ilə Henrix Mxitaryanı “İrəvan şəhərinin fəxri vətəndaşı” elan edib.

Henrix 3 dəfə Dağlıq Qarabağda olub. Xankəndində Qarabağ savaşında həyatını itirmiş hərbçilərin ailə üzvləri ilə görüşüb və onlara müxtəlif hədiyyələr paylayıb.

Ona Dağlıq Qarabağ Respublikası adından baş nazirin medalı təqdim olunub. Təəssüf ki, bizim mətbuat bu kimi faktları vaxtında ortaya qoymadı. Bu fakt isə bir daha sübut edir ki, o, millətçi birisidi.

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini alqışlayır. Ermənistan tərəfindən Dağlıq Qarabağda erməni separatizminin müdafiə olunmasına əməli, işi ilə dəstək verir.

Məhz elə bu səbəbdən də o, 2015-ci ildə "Borussiya" ilə "Qəbələ", 2018-ci ildə isə "Arsenal"la "Qarabağ" oyunlarına qatılmaq üçün Azərbaycana gəlmədi.

Elbəyi Həsənli

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti