Azərbaycanlı hücumçuya borclu olan Türkiyə klubuna transfer qadağası qoyuldu

13 Yanvar 20:20 Qalmaqal 955
Azərbaycanlı hücumçuya borclu olan Türkiyə klubuna transfer qadağası qoyuldu

"Hatayspor"Azərbaycan millisinin futbolçusu Renat Dadaşova görə transfer qadağası ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Ajansspor" nəşri məlumat yayıb.

Superliqa klubunun Renat Dadaşov dosyesinə görə iki mövsüm yeni oyunçu ala bilməyəcəyi vurğulanıb. Hatay təmsilçisinin hücumçuya borcu olub.

Klub İdman Arbitraj Məhkəməsinə müraciət etsə, veriləcək qərardan asılı olaraq transferlərə yol açılacaq.

Hazırda "Ankaragücü"də çıxış edən Renat Dadaşov 2023/2024 mövsümündə Hatay klubunun formasını geyinib.

Azərbaycan millisinin üzvünə görə transfer qadağası ilə üzləşdilər

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar