Kapitan hücumçuya qəzəbləndi, ara qarışdı – Daha bir QALMAQAL!

14 Aprel 21:45 Qalmaqal 2 198
Kapitan hücumçuya qəzəbləndi, ara qarışdı – Daha bir QALMAQAL!

«Qəbələ»nin kapitanı Asif Məmmədovla Samuel Tetteh arasında mübahisə düşüb.

Hadisə Premyer Liqanın 30-cu turunda keçirilən «Turan Tovuz»la matçdan sonra baş verib.

1:2 hesablı məğlubiyyətdən sonra komandanın paltardəyişmə otağında gərgin anlar yaşanıb. Qanalı hücumçunun buraxılan qollara görə qınanan Kristof Atanqananı müdafiə etməsi tərəfləri üz-üzə gətirib.

36 yaşlı yarımmüdafiəçi meydanda olduğu müddətdə heç nəylə yadda qalmayan, amma çulunu sudan quru çıxarmaq istəyən Tettehə öz yerini göstərib.

Yəni ki, həm elə, həm belə. Afrikalı forvard düşdüyü vəziyyətlə barışıb, dava-dalaş böyüməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti