Son günlərin ən çox danışılan QALMAQALLI VİDEOsu - Qaranı belə məsxərəyə qoydular

4 Aprel 23:00 Qalmaqal 975
Son günlərin ən çox danışılan QALMAQALLI VİDEOsu - Qaranı belə məsxərəyə qoydular

“Qarabağ” Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Neftçi”ni darmadağın etdi.

“Neftçi Arena”da “ağ-qaralar”ın qonağı olan ağdamlılar 4:0 hesablı qələbəyə sevindi.

Oyunun ikinci hissəsində stadiona toplaşanlar maraqlı hadisəyə şahidlik etdi.

“Qarabağ”ın sabiq, “Neftçi”nin hazırkı futbolçusu Qara Qarayev isinmə hərəkətləri etmək üçün ayağa qalxanda, tribunalardan öncə fit səsləri, ardınca “Neftçi”nin çörəyi Qara Qarayev” şüarı eşidildi.

Məlum şüar Qarayevi özündən çıxardı. Təcrübəli yarımmüdafiəçi tribunadakılara barmaq silkələdi, şüarın səsinin artdığını eşidincə, bu dəfə azarkeşlərə tərəf yeridi. Qaranı komanda yoldaşları və klub rəsmiləri sakitləşdirdi.

Matçın sonlarına yaxın “2 nömrə” meydana daxil olanda “Qarabağ”ın azarkeşləri sabiq futbolçularını fitə basdılar.

Maraq üçün bildirək ki, Qaranın yayda “köhlən atlar”ı əzəli rəqibə dəyişməsi ağdamlı azarkeşlər tərəfindən xoş qarşılanmamışdı.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU