Azərbaycanda hakimi söyən və döyən baş məşqçi futboldan uzaqlaşdırıldı

28 Mart 00:40 Qalmaqal 243
Azərbaycanda hakimi söyən və döyən baş məşqçi futboldan uzaqlaşdırıldı

AFFA U-13 Liqasında çıxış edən "Azəri"nin baş məşqçisi Elşən Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə bir il müddətinə qadağa qoyulub.

Sportinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.

Gəncə təmsilçisinə rəhbərlik edən mütəxəssis "Turan Tovuz"la matçda baş hakimi təhqir edib, referinin şərəf və ləyaqətini alçaldıb. Bundan əlavə, baş məşqçi ədalət təmsilçisini vurmağa da cəhd edib.

Görüş yarımçıq dayandırıldığı üçün "Azəri"yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!