Bölgədə İNSİDENT: ”Neftçi”nin futbolçusunu plastik qabla vurdular - VİDEO

24 Fevral 2024 20:00 Qalmaqal 1 858
Bölgədə İNSİDENT: ”Neftçi”nin futbolçusunu plastik qabla vurdular - VİDEO

“Turan Tovuz” – “Neftçi” matçının yekununda gərgin anlar yaşanıb.

Oyundan sonra tovuzlu azarkeşlər “Neftçi”nin futbolçularını fitə basıb.

Belədə, tribunadakı azarkeşlərdən biri əlindəki plastik su qabını rəqib futbolçulara tərəf atıb. Plastik qab Qara Qarayevin başına dəyib.

Məlum hadisə qonaqlara xoş gəlmədiyindən, bəzi oyunçular nalayiq ifadələrə yol verib.

Buna görə iki komandanın nümayəndələri arasında kiçik münaqişə yaranıb.

Baş məşqçilər Miodraq Bojoviçlə Ayxan Abbasov məsələyə aydınlıq gətirmək istəyəndə, baş hakim onların mübahisə etdiyini düşünərək hər ikisinə sarı vərəqə göstərib.

Klub və komanda nümayəndələrinin müdaxiləsindən sonra kiçik insidentin qarşısı alınıb. Azarkeşlər isə polislər tərəfindən stadiondan uzaqlaşdırılıb.

Premyer Liqanın 24-cü turu çərçivəsində baş tutan “Turan Tovuz” – “Neftçi” qarşılaşması 1:1 hesabı ilə başa çatıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu