Millimizin futbolçusundan baş məşqçiyə hörmətsizlik - VİDEO

22 Noyabr 2023 16:00 Qalmaqal 975
Millimizin futbolçusundan baş məşqçiyə hörmətsizlik - VİDEO

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi dünən AVRO-2025-in seçmə mərhələsində növbəti oyununu keçirib.

Samir Əliyevin baş məşqçisi olduğu komanda ukraynalı həmyaşıdları ilə üz-üzə gəlib.

İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda reallaşan qarşılaşma rəqibin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Görüşün ikinci hissəsində diqqətlər millimizin oyunçusu Samir Abdullayevə yönəlib. Əvəzlənməsindən narazı qalan yarımmüdafiəçi özünü çox pis aparıb.

O, əvvəlcə əlindəki sarğını yerə atıb, daha sonra Samir Əliyevin əlini sıxmaq istəməyib.

Baş məşqçi onunla görüşmək üçün yaxına gəlsə də, Abdullayev ədəbazlığından qalmayıb və hirsli şəkildə ondan uzaqlaşıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi