Onun rayonda fitə basılması boşuna deyildi... QALMAQALLI VİDEO

7 Sentyabr 16:40 Qalmaqal 657
Onun rayonda fitə basılması boşuna deyildi... QALMAQALLI VİDEO

“Qəbələ”nin “Zirə” ilə görüşündə diqqətlər həm də Ruan Renato ilə Məqsəd İsayevə yönəlmişdi.

Öncəki illərdə bölgə təmsilçisinin uğurları üçün tər tökən müdafiəçilər bu dəfə Qəbələ publikasının önündə rəqib qismində iştirak edirdi.

İnsaf naminə, bu iki futbolçunun oyunboyu tribunalarla təması olmadı. Nə təzyiqlə üzləşdilər, nə də dəstək gördülər. Ancaq oyun qurtarandan sonra...

Ruan hamı kimi meydanı tərk edib paltardəyişmə otağının yolunu tutanda, öncə 1-2 nəfər tərəfindən fitə basıldı, daha sonra digərləri də onlara qoşuldu.

Braziliyalı müdafiəçi reaksiya vermədi. Başını aşağı salıb yoluna davam etdi.

Vaxtilə “Qəbələ” azarkeşlərinin sevimlisi olan “4 nömrə” yayda “Zirə”dən aldığı sərfəli maliyyə təklifinə görə iş yerini dəyişməyi qərara almışdı.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."