“Sabah” - “Neftçi” oyununda qalmaqal nəyin üstündə baş verdi? - VİDEO

20 Avqust 2023 22:10 Qalmaqal 1 318
“Sabah” - “Neftçi” oyununda qalmaqal nəyin üstündə baş verdi? - VİDEO

Premyer Liqanın 3-cü turunun bu gün keçirilən “Sabah” - “Neftçi” oyununda (1:1) qalmaqal baş verib.

Sportinfo.az xəbər verir ki, buna 87-ci dəqiqədə meydan sahibi komandasının müdafiəçisi Amin Seydiyevin rəqib futbolçu Andre Şinyaşikiyə qarşı kobud davranışı səbəb olub.

Bundan dərhal sonra “Sabah”ın baş məşqçisi Murad Musayev futbolçusunun hərəkətinə etiraz olaraq onu itələyib.

Həmin an baş hakim Əliyar Ağayev rusiyalı mütəxəssisə qırmızə vərəqə göstərib.

Futbolçular arasında gərginlik də yaşanıb. Nəticədə oyunda 2 dəqiqəyə yaxın fasilə yaranıb. Lakin sonradan ara sakitləşib və oyun davam edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var