Bakıda yeni yaradılan komandanı kim çalışdıracaq?

21:20 Region Liqası 182
Bakıda yeni yaradılan komandanı kim çalışdıracaq?

Azərbaycanda yeni yaradılan «Təkan»FK-nı kimin çalışdıracağı dəqiqləşib.

Bakıda fəaliyyət göstərəcək klub sükan arxasına Zeynalabidin Hüseynovu gətirib.

Bu, onun sərbəst çalışacağı ilk iş yeridir. Hüseynov indiyədək müxtəlif yerlərdə baş məşqçinin köməkçisi olub.

O, millinin sabiq yarımmüdafiəçisi Pomal Hüseynovun kiçik qardaşıdır.

Futbolçu karyerası zamanı U-17 yığmasının kapitanı sarğısını daşıyıb. Premyer Liqada «Şahdağ», «Gənclərbirliyi» və MOİK-in formasını geyinib.

Komanda üzümüzə gələn mövsümdə Region Liqasında mübarizə aparacaq. Bununla bağlı AFFA-ya edilən müraciət müsbət cavablandırılıb.

«Təkan»ın dəstəkçiləri bir qrup iş adamıdır. Onlar tərəfindən kollektivə kifayət qədər büdcə ayrılıb.

Məqsəd də birmənalıdır - Region Liqasında çempion olmaq və birbaşa II Liqaya vəsiqə qazanmaq. Bu niyyətlə heyətə bir neçə təcrübəli oyunçu cəlb edilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti