Azərbaycan millisinin dünya çempionatı üçün ilkin heyəti - SİYAHI

04:20 Cüdo 91
Azərbaycan millisinin dünya çempionatı üçün ilkin heyəti - SİYAHI

4–11 oktyabr tarixlərində Bakı cüdo üzrə böyüklər arasında dünya çempionatına ev sahibliyi edəcək.

Sportinfo.az xəbər verir ki, yarışda Azərbaycanı 12 çəki dərəcəsində 23 cüdoçu (17 kişi və 6 qadın) təmsil edəcək.

İdmançılarımız performans direktoru, kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.

Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr 4–10 oktyabr aralığında, qarışıq komanda yarışı isə 11 oktyabrda baş tutacaq.

Dünya çempionatında iştirak edəcək heyəti təqdim edirik:

Qadınlar

-48 kq
Şəfəq Həmidova
Könül Əliyeva

-52 kq
Gültac Məmmədəliyeva

-57 kq
Xədicə Qədəşova

-70 kq
Südabə Ağayeva

+78 kq
Madina Kaisinova

Kişilər

-60 kq
Balabəy Ağayev
Əhməd Yusifov

-66 kq
Ruslan Paşayev
Turan Bayramov
Nizami İmranov

-73 kq
Hidayət Heydərov
Rəşid Məmmədəliyev

-81 kq
Zelim Tçkayev
Ömər Rəcəbli
Vüsal Qələndərzadə

-90 kq
Murad Fətiyev
Elcan Hacıyev
Süleyman Şükürov

-100 kq
Zelim Kotsoyev

+100 kq
Uşanqi Kokauri
Kənan Nəsibov
Camal Qamzatxanov

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!