Azərbaycan çempionatında yenilik - Bunlar ləğv olundu

07:40 Basketbol 122
Azərbaycan çempionatında yenilik - Bunlar ləğv olundu

Azərbaycan Basketbol Liqasının (ABL) 2026/2027 mövsümündə tətbiq olunacaq əsas yeniliklər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Əliyev bildirib.

O, əsas yeniliyin 8 komandanın iştirakı ilə vahid çempionat olacağını vurğulayıb:

"Artıq A və B qrupları olmayacaq. Bu mövsümdən etibarən yarışın sonuncusu ABL-2-yə düşəcək. Aşağı liqada birinci yerin sahibi olan kollektiv isə yüksək dəstəyə vəsiqə qazanacaq".

S.Əliyev çempionatın üç dövrədən ibarət olacağını sözlərinə əlavə edib:

"Bu da bir yenilikdir. Bu mövsüm dörd klubumuz avrokuboklarda mübarizə aparır. Bu da Azərbaycan basketbolu üçün ilkdir.

ABL-2-nin nə vaxt başlayacağı hələlik bəlli deyil. Biz qadınlardan ibarət turnirin təşkilini də planlaşdırırıq. Lakin yarışın nə vaxt olacağı məlum deyil".

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk qarşılaşmasında son ölkə çempionu "Sabah" ötən mövsümün gümüş mükafatçısı "LANDAU Lions"la üz-üzə gələcək.

Görüş sentyabrın 30-da, saat 19:30-da Bakı İdman Sarayında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?