Nərimanın arxasınca “Beşiktaş”ın oyununa gedibmiş - Peşman olub

11:40 Milli komanda 160
Nərimanın arxasınca “Beşiktaş”ın oyununa gedibmiş - Peşman olub

"Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb.

22 yaşlı gənc yığmanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərlik siyahıda yer almayıb.

N.Axundzadə yeni klubu "Erzurumspor"un iştirak ərizəsində yer aldığı 5 matçdan yalnız 3-də meydana çıxıb və ümumən 55 dəqiqə oyunda olub. O, son iki matçda isə sonadək ehtiyatda qalıb.

Baş məşqçi Ayxan Abbasovun belə bir qərar verməsinə Axundzadənin klubunda lazımi oyun şansı qazanmamasıdır.

“Erzurumspor” Türkiyə Superliqasının beşinci turunda “Beşiktaş”ın qonağı olub. Matç İstanbul klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamızın forvardı əvvəldən sona kimi görüşü ehtiyat skamyadan izləyib. Abbasov bu səhnəyə tribunadan tamaşa edib.

Düzdür, çalışdırıcının qardaş ölkəyə yollanması barədə xəbər açıqlanmayıb, ancaq bilirik ki, o, millinin direktoru İlqar Qurbanovla birlikdə İstanbula gedib.

Axundzadə "Erzurumspor"dan əvvəlki komandası ABŞ "Kolambus Kryu" (Columbus Crew) komandasında da az halda meydana çıxırdı.

Ayxan Abbasov bu dəfə milliyə 4 hücumçu dəvət edib. Onlar Vüsal İsgəndərli (“Malisheva", Kosovo), Musa Qurbanlı (“Qarabağ”), Mahir Emreli (“Rakuv”, Polşa) və Renat Dadaşovdur ("Bukovina", Ukrayna).

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti