“Neftçi”dən geri qayıtdı, bu xəbəri bayram etdilər

21:00 Neftçi 150
“Neftçi”dən geri qayıtdı, bu xəbəri bayram etdilər

Elvin Camalov iş yerini dəyişib.

Son ilyarımı “Neftçi”də keçirən təcrübəli futbolçu bundan sonra “Qəbələ”nin uğurları üçün tər tökəcək.

Əslində, Camalovun “ağ-qaralar”la müqaviləsinin müddəti gələn ilin iyun ayında başa çatacaqdı. O, daha çox forma şansı qazanmaq niyyəti ilə daha az maaş qarşılığında bölgə təmsilçisinə yollanmağı üstün tutub.

Elvinin “Qəbələ”yə dönüşü yerli futbolsevərlərin sevincinə səbəb olub. Klubun sosial media səhifələrində səbəbkarın şəninə şərhlər yazılır ki, müəyyən hissələri təqdim edirik.

“Bundan sonra tez-tez gələrik oyunlara baxmağa”.

“Bilirdim bir gün qayıdacaq. Axır ki, qayıtdı. Xoş gəlmisən, Elvin!”

“Bax, bu oldu əsl transfer. Ayaqüstə alqışlamaq olar”.

“Azərbaycan futbolunda tanıdığım ən intizamlı futbolçudur. “Ev”inə xoş gəlmisən, qardaş”.

“Uğurlar, Camo. Sənin gəlişində “Qəbələ” dirçələcək”.

“Keçmiş oyunçumuzun bizə qayıtması çox xoş haldır. İnşallah, karyerasını “Qəbələ”də bitirib, məşqçiliyə də burada başlayar”.

“Akademiyanın yetirmələrinin hamısını qaytarın. Görün, necə futbol oynayacaqlar. Legionerlərdən min dəfə yaxşı”.

“Son illərdə “Qəbələ”nin səhifəsində gördüyüm ən sevindirici xəbərdir. Yanındayıq, Camo”.

Premyer Liqada debütünü “Qəbələ”nin formasında edən 31 yaşlı yarımmüdafiəçi 2014-2019-cu illər ərzində əsas komandada şans qazandığı 132 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti