Azərbaycan klubu xarici baş məşqçinin ”saqqız”ını necə oğurlayıb?

14:00 Sabah 147
Azərbaycan klubu xarici baş məşqçinin ”saqqız”ını necə oğurlayıb?

“Qəbələ” yeni baş məşqçisini 2 gün öncə bəlli etdi.

“Qırmızı-qaralar” Yeton Bekiri ilə 1+2 illik müqavilə bağlayıb.

Şimali makedoniyalı son olaraq ölkəsində “Şkendiya”ya rəhbərlik edib.

44 yaşlı mütəxəssis müxtəlif illərdə “Drita”, “Qostivar”, “Renova”, “Struqa” (hamısı Şimali Makedoniya) və “Bilis”in (Albaniya) baş məşqçisi, “Əl Cabalayn”nın isə (Səudiyyə Ərəbistanı) idman direktoru işləyib.

2024-2025-ci illər mövsümündə “Şkendiya” ilə Şimaili Makedoniya çempionu olmuş yeni baş məşqçi “Qəbələ”də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.

Burada Kaxaber Sxadadzeni əvəzləyən balkanlının hansı məbləğ qarşılığında fəaliyyət göstərəcəyi maraq doğurur.

Əldə etdiyimiz məlumata görə, Bekiri hər ay 8-10 min dollar civarında əməkhaqqı alacaq.

İşlər plan üzrə gedərsə, gələn sezon məvacibi bir qədər də artırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti