“Sabah”ın neçə problemi var?

19 Sentyabr 08:40 Sabah 585
“Sabah”ın neçə problemi var?

Misli Premyer Liqasının altıncı turunda “İmişli”ni qəbul edəcək “Sabah”ın heyətində itkilər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, iki futbolçu sözügedən oyunda iştirak edə bilməyəcək.

Xəyal Əliyev arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən əməliyyat keçirib. Stiv Solvetin isə ayağında burxulma var.

Hər iki futbolçu “İmişli” ilə oyunda komandaya kömək edə bilməyəcək. Onların nə vaxt sıraya qayıdacağı hələ dəqiq deyil.

“Sabah” - “İmişli” görüşü sentyabrın 19-da keçiriləcək. “Bank Respublika Arena”da reallaşacaq qarşılaşmanın start fiti saat 19:45-də səsləndiriləcək.

“Sabah” 12 xalla turnir cədvəlinin birinci pilləsində yer alıb. Dörd xala malik “İmişli” isə doqquzuncudur.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə