Azərbaycan komandasına görə ölməyə hazır idilər: “Kaş ki…“

17:40 Sabah 110
Azərbaycan komandasına görə ölməyə hazır idilər: “Kaş ki…“

“Mahiyyət odur ki, belə rəqibin qarşısında səviyyə fərqi gec-tez ortaya çıxmalıdır“.

Bu fikirlər Sportinfo.az saytının və “Sportinfo TV“nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur.

Tanınmış jurnalist bildirib ki, çox nadir hallarda şans üzünə gülərsə, 10 oyundan birində sensasiya edə bilərsən. Əksər hallarda məntiqlə meydanda nə olmalıdırsa, o da olur:

“Futbol kollektiv oyun olsa da, hər kəsin fərdi hazrılığı, psixologiyası, iradəsi ilə oynanılır. “Mançester Yunayted“in qarşısına həyəcandan qapıçı Stas Pokatilov kimi başını da itirənlər də oldu,

Makkarti, Zedadka və Rəhman kimi meydanda ölməyə hazır olanlar da. Daşdəmirova afərin! Meydanda olan yeganə azərbaycanlı həyəcanının öhdəsindən gələ bildi və ən yaxşı oyunlarından birini keçirdi.

Bu cür oyunlar Rəhman kimi futbolçularımızı daha da böyüdəcək, inkişaf etdirəcək, milli komandamız da bəhrəsini görəcək. Kaş ki, “Sabah“ı bu yerlərə daşıyanlardan biri Tellur Mütəllimova da hec olmasa, son 5-10 dəqiqədə şans verilərdi.

Valdas Dambrauskasın oyundan əvvəəl və sonra verdiyi açıqlamalar diqqət çəkdi.

Oyundan əvvəl “mən Mançesterə ilk dəfə 2002-ci ildə məşqçi kimi öyrənməyə, təcrübə keçməyə gəlmişdim, indi isə “Old Traffordd“a baş məşqçi kimi komandamı Çempionlar Liqası matçına çıxaracam.

Bu, mənim üçün hədsiz qürurvericidir” demişdi. Oyundan sonra isə “daha yaxşı oynaya bilərdik” açıqlaması ilə maksimalist və tələbkarlığını ifadə etdi“.

Digər Xəbərlər
Xəbər Lenti