“Qarabağ”a nə mane olur? - “Bilmirəm, bəzən alınır, bəzən yox”

12:40 Qarabağ 92
“Qarabağ”a nə mane olur? - “Bilmirəm, bəzən alınır, bəzən yox”

“Bilirdik ki, bizi asan oyun gözləmir. Elə də oldu”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Jali Muaddib Misli Premyer Liqasının VI turunda “Şəfa”nı məğlub etdikləri (1:0) oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Fransız qarşılaşmanın çətin alındığını bildirib:

“Rəqib də rahat oynamağa imkan vermədi. Buna baxmayaraq, önəmli olan 3 xaldır. Əsas odur ki, bəzən istədiyin oyunu göstərə bilməyəndə belə, qələbə qazanasan”.

“Çətinliklə qələbə qazanmağınıza səbəb nə idi?” sualını 25 yaşlı futbolçu belə cavablandırıb:

“Bilmirəm. Biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Düzdür, bəzən oyunumuz yaxşı alınır, bəzən yox.

Təbii ki, biz daha yaxşısını etmək, rahat qələbə qazanmaq istəyirik. Hər matçda 4-5 qol vurmağı arzulayırıq.

Lakin bu, bəzən alınmır. Əsas belə çətin anlarda qələbə qazanmaqdır”.

Digər Xəbərlər
Xəbər Lenti