Azərbaycan millilərindən növbəti qələbə - İsveç və İsveçrə üzərində

04:10 Şahmat 74
Azərbaycan millilərindən növbəti qələbə - İsveç və İsveçrə üzərində

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar.

Sportinfo.az xəbər verir ki, 3-cü turda Azərbaycanın kişilərdən ibarət millisi İsveçrəyə 3:1 hesabı ilə qalib gəlib.

Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı rəqiblərini üstələyiblər. Aydın Süleymanlı və Eltac Səfərli isə heç-heçə edib.

Qadınlardan ibarət Azərbaycan komandası isə İsveç yığması ilə üz-üzə gəlib.

Şahmatçılarımız bu görüşdə 2,5:1,5 hesablı qələbə qazanıblar. Gülnar Məmmədova rəqibini məğlub edib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Günay Məmmədzadə isə heç-heçəyə razılaşıb.

İlk iki turda Azərbaycanın kişilərdən ibarət yığması Mərakeş (4:0) və Filippin (3:1) komandalarına qalib gəlib. Qadınlardan ibarət komanda isə Qvatemala və Danimarkanı 4:0 hesabı ilə məğlub edib.

İlk iki turun yekunlarına əsasən, kişilərdən ibarət kollektiv 4 xalla turnir cədvəlində 19-cu, eyni xala malik qadın komandası isə 11-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!