Dünyanın iki böyük klubu arasında böyük transfer sövdələşməsi olacaq?

15:40 Dünya futbolu 163
Dünyanın iki böyük klubu arasında böyük transfer sövdələşməsi olacaq?

PSJ və “Barselona” arasında futbolçu mübadiləsini nəzərdə tutan böyük transfer sövdələşməsi baş tuta bilər.

Sportimfo,az “RMC Sport” nəşrinə istinadla xəbər verir ki, Paris klubunun prezidenti Nasser Əl-Xəlaifi kataloniyalılara yarımmüdafiəçi Fabian Ruisin transferini təklif etmək, əvəzində isə Mark Bernalı tələb etmək niyyətindədir.

Bildirilir ki, PSJ rəhbəri və komandanın baş məşqçisi Luis Enrike “Barselona”nın Ruis ilə müqavilə bağlamaq istəyindən, həmçinin futbolçunun özünün də İspaniyaya qayıtmaq niyyətində olmasından tam məlumatlıdırlar.

Mənbənin məlumatına görə, Əl-Xəlaifi və Enrike birgə xüsusi plan işləyib hazırlayıblar. Bu plana əsasən, onlar Ruisi “Barselona”ya yalnız Mark Bernal ilə dəyişdiriləcəyi təqdirdə buraxmağa razılıq verəcəklər.

Fransa klubu kataloniyalıların gənc yarımmüdafiəçisinin xidmətində ciddi şəkildə maraqlıdır. Bununla belə, vurğulanır ki, Bernal “göy-qırmızıların” əsas heyətində o qədər də tez-tez yer almır.

O, cari mövsümdə komandanın heyətində 7 qarşılaşmada meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti