Emin Mahmudov: “Neftçi"nin 90 illiyində çempion olmasını istəyərdim”

03:10 Neftçi 58
Emin Mahmudov: “Neftçi"nin 90 illiyində çempion olmasını istəyərdim”

Misli Premyer Liqasının 6-cı turu "Neftçi" üçün əlamətdar olacaq. "Ağ-qaralar" "Qəbələ" ilə qarşılaşmada ölkə çempionatlarında 1000-ci oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqasının hazırladığı xüsusi süjetdə “Neftçi”nin kapitanı Emin Mahmudov klubun yubiley oyunu və komanda ilə bağlı fikirlərini bölüşüb:

"Doğrudan da, "Neftçi "Azərbaycanın flaqmanıdır. Açığı, Azərbaycan çempionatında ilk oyunlarımda həyəcanlı idim.

Çünki məndən gözlənti az deyildi. Rusiyadan gəlmişəm, Portuqaliyada oynamışam. İstər-istəməz hamı səndən nəsə gözləyir və istəyir ki, özünü göstərəsən.

Əlbəttə, "Neftçi"də oynadığım üçün qürur duyuram. Bu, asan məsələ deyil.

Burada hər zaman nəticə tələb olunur. Maksimumunu göstərməlisən.

Mənim məqsədlərim isə bununla bitmir. İstəyirəm daha çox kubok qaldırım, daha yaxşı nəticələr əldə edim.

Yaxşı nəticələr göstərəndə kapitan olmaq rahatdır. Hamı səni tərifləyir, kapitan olmaq gözəl görünür.

Amma nəticələr yaxşı olmayanda bu məsuliyyət daha da ağırlaşır. Çoxlu söhbətlər olur, mətbuatla, futbolçularla, rəhbərliklə danışmalı olursan.

Problemləri birlikdə həll etməyə çalışırsan. Bəzən bu, həqiqətən də çox yorucu olur. Amma kapitan olmaq böyük məsuliyyətdir və bunun fərqindəyəm.

"Neftçi"nin 90 illiyində çempion olmasını istəyərdim. Bütün azarkeşlərimizi, bizi dəstəkləyən hər kəsi sevindirək.

İstəyərdim "Neftçi" Avropa Liqasının, Çempionlar Liqasının qrup mərhələsində çıxış etsin".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!