“Qarabağ”ın adını eşidən komandalar böyük qüvvə ilə müdafiə olunurlar. Bu isə bizim işimizi çətinləşdirir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın vingeri Taofik İsmahil deyib.
Nigeriyalı legioner Premyer Liqadakı mübarizədən danışıb:
“Boş zona tapmaq olmur. Yenə də çalışırıq ki, müdafiəni yaraq, qollar vuraq.
Çempion olmaq istəyiriksə, bütün oyunları qələbə ilə başa vurmalıyıq. Hər dəfə hədəfimiz 3 xaldır”.
Taofik İsmahil “Qurnik Zabje”dən (Polşa) transfer olunub. 26 yaşlı afrikalı ilə 3 illik müqavilə imzalanıb.
Nigeriyalı karyerası ərzində Norveçin “Şeyd”, “Fredrikstad”, “Volorenqa”, Fransanın “Loryan”, Belçikanın “Beveren” və Polşanın “Lex” klublarında da çıxış edib. O, 2024-cü ildən “Qurnik”in formasını geyinirdi.
Ötən mövsüm Polşa Ekstraklasası, Konfrans Liqası və Polşa kuboku da daxil olmaqla, 41 oyunda meydana çıxıb, 4 qol vurub, 5 qolun ötürməsini edib.
